Kürdəmirdə magisrtal su boru xətti partlayıb.
DenMedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 8400 abonent susuz qalıb.
Qəza Ağsu-Bəhrəmtəpə yolunun 27-km-də rayonun Topal-Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza Külüllü-Kürdəmir magistral su xəttində diametri 500 mm olan politelin içməli su xəttində baş verib.Hadisə yerinə dərhal Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Qəzanın aradan qaldırılması istiqmətində zəruri işləri həyata keçirirlər.Qeyd edək ki,Külüllü –Kürdəmir magistral içməli su xətti 2013-cü ildə dövlət vəasiti hesabına çəkilib və bu magistral su xətti rayonun 6 kəndi və rayon mərkəzində 8400 abonentə və ümumilikdə rayonun 21 000 əhalisinə xidmər edir.İdarənin rəis müavini Rəfael Hacıyevin bildirdi ki,
Qeyd edək ki,Külüllü-Kürdəmir magistral su xətti bir müddət öncədə partlamışdı və aidiyyatı qurumun əməkdaşları qəzanı aradan qaldırmışdılar.

