Kürdəmirdə Külüllü-Kürdəmir magistral su boru xəttində qəza baş verib.
Den.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun 22-ci km-də rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki,diametri 500 milli diametrlik borunun 2 metrlik hissəsi partlayış baş verib və bunun nəticəsində rayonda 8456 abonentin içməli su təhcizatında fasilələr yaranıb.Hazırda hadisə yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirilir.
Qeyd edək ki,Külüllü-Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə başa çataraq istismara verilib.Hazırda bu magistral su xəttindən rayon əhalisi o cümlədən Kürdəmir şəhəri daxil olmaqla Xırdapay, Atakişili, Qaraqocalı və Çöhranlı kəndlərindən ümumilikdə 8456 abonent istifadə edir.