Avstraliyanın Sidney şəhərində şişmə batut insidenti nəticəsində dörd uşaq xəstəxanaya yerləşdirilib. Bu barədə 9news.com.au məlumat verir.
Hadisə zamanı 9–13 yaş arası bir qrup oğlan qala formasında olan şişmə batutda oynayırdı. Həmin gün şəhərdə külək güclü idi və bir anda küləyin sərt zərbəsi batutu tamamilə qopararaq yerindən oynadıb.
Batut küləyin təsiri ilə hasarın o tərəfinə uçub, daha sonra arxa həyətdə yerə düşüb. Bu anların hamısında şişmə konstruksiyanın içində beş uşaq olub.
Hadisə yerinə gələn təcili yardım briqadası uşaqları müayinə edib, onların dördünü xəstəxanaya aparıb. Xəstəxana məlumatına görə, onların vəziyyəti stabil qiymətləndirilir.

