Avstraliyanın Sidney şəhərində kütləvi atışma baş verib. Hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb, o cümlədən bir nəfər güllə yarası alıb.
DenMedia.az xəbər verir ki, News.com.au portalının məlumatına görə, 60 yaşlı kişi Qərbi Sidney ərazisində 100-ə yaxın atəş açdıqdan sonra polis tərəfindən saxlanılıb.
Polisin rəsmi açıqlamasında bildirilir ki, silahlı şəxs şəhər yollarında hərəkət edən avtomobillərə nizamsız atəş açıb. Onların arasında polis maşınları da olub.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və təfərrüatlarını araşdırır.