Yaponiyanın Yamaguci prefekturasının Ube şəhərində genişmiqyaslı qaz sızması baş verib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Bildirilir ki, qaz sızması yaşayış məhəllələrində bir neçə yanğına səbəb olub. Şəhər sakinlərindən qazdan istifadə etməmələri xahiş edilib.
Hazırda xəsarət alanlar barədə məlumat yoxdur. Polis ehtimal olunan sızma bölgəsində gücləndirilmiş patrul xidmətinə başlayıb.

