ABŞ-ın Missisipi ştatının Yazu-Siti şəhərində hidrogen və azot məhsulları istehsal edən CF Industries zavodunda güclü partlayış baş verib. Nəticədə ammonyak sızması qeydə alınıb, — xəbər verir SHOT Telegram kanalı.
“Missisipidə güclü partlayış və zəhərli kimyəvi maddələrin sızması baş verib. Yaxın ərazilərdə yaşayanlara təxliyə əmri verilib,” — məlumatda qeyd olunub.
Sakinlərin sözlərinə görə, partlayışdan sonra güclü silkələnmə hiss olunub, havada isə kəskin kimyəvi qoxu yayılıb.
Hadisə ilə əlaqədar yaxın yaşayış məntəqələrinin təxliyəsinə başlanılıb.
Hazırda xəsarət alanlarla bağlı məlumat yoxdur. Zavodun üzərində narıncı tüstü buludu əmələ gəlib.

