İstanbulun Florya sahilləri yaxınlığında iki tankerdən həyəcan siqnalı daxil olub. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, tankerlərdən biri Azərbaycan bayrağı altında üzən “Kəlbəcər”, digəri isə Türkiyə bayrağı altında hərəkət edən gəmidir.
Siqnal daxil olduqdan dərhal sonra hadisə yerinə xilasetmə və qəza-xilasetmə xidmətləri operativ şəkildə cəlb edilib. Hazırda insidentin səbəbləri araşdırılır.

