Rusiya istehsalı günəbaxan yağını Gürcüstana daşıyan Midvolga 2 tankeri Qara dənizin akvatoriyasında, Türkiyə sahillərindən təxminən 80 dəniz mili məsafədə hücuma məruz qalıb. Bu barədə məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yayıb.
Vəziyyətlə bağlı bildirilir ki, ekipaj hücum anında təcili siqnal göndərə bilib, lakin hazırda gəmidə stabillik qorunur.
“Midvolga 2 bizə sahildən 80 mil məsafədə hücuma məruz qaldığı barədə məlumat verib. Ekipajın 13 üzvünün vəziyyəti qənaətbəxşdir, xəsarət alan yoxdur, kömək tələbi daxil olmayıb. Gəmi öz gedişi ilə Sinop limanına doğru hərəkəti davam etdirir,” — deyə nazirlik bildirib.

