Sumqayıt şəhərinin 22-ci məhəllə ərazisində hər kəsi dəhşətə gətirən hadisə baş verib.
Denmedia.az-a daxil olan məlumata görə, ötən gecə hamam otağında üç nəfərin dəm qazından zəhərlənməsi faktı qeydə alınıb.
İddiaya görə, 1963-cü il təvəllüdlü H.Ş.R qızı iki gənclə birlikdə hamamda olarkən qəfil halı pisləşib.
Hadisə zamanı 1993-cü il təvəllüdlü Ə.Ə.B oğlu və 1995-ci il təvəllüdlü Ə.Ə.B oğlu da dəm qazından zəhərləniblər.
Məlumata əsasən, hər üç şəxs dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi ilkin məlumata görə, zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir və onlara zəruri tibbi yardım göstərilir.
İlkin ehtimallara görə, hadisəyə hamamda quraşdırılmış qaz avadanlığının nasazlığı və ya havalandırma sisteminin düzgün işləməməsi səbəb ola bilər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ellada Rəsul

