Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə nəticələnən ölüm hadisəsi baş verib.
Denmedia.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, Kimyaçılar qəsəbəsində yaşayan 1958-ci il təvəllüdlü Bağırov Abbasəli Mansur oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Yaxınlarının onu uzun müddət görməməsindən sonra vəziyyətdən şübhələnərək hamama baxış keçirdikləri və kişinin cansız bədənini aşkar etdikləri bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. İlkin ehtimallara görə, ölümə səbəb hamamda qaz avadanlığının düzgün işləməməsi və ya havalandırma sistemində yaranmış nasazlıq ola bilər.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

