srail Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları Livanın cənubunda, Sayda şəhərindən təxminən 8 km aralıda yerləşən Kfar-Hatta qəsəbəsində şiə “Hizbullah” hərəkatına məxsus hərbi obyektlərə zərbələr endirib. Bu barədə yerli Al Jadeed telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, təyyarələr yaşayış kompleksinə azı beş hava zərbəsi endirib. Kompleksin sakinləri İsrail Müdafiə Ordusunun (IDF/TSAXAL) əvvəlcədən etdiyi xəbərdarlıqdan sonra təxliyə olunub. Ordunun nümayəndəsi Avixay Edri X sosial şəbəkəsində ərəb dilində yayımladığı video müraciətdə xəritədə qırmızı ilə işarələnmiş təhlükəli zona yaxınlığında yaşayan əhalidən evlərini tərk etməyi tələb edib.
Daha sonra Edri bildirib ki, zərbələr yaşayış kompleksinin ərazisində aşkar edilən, silahların saxlanılması üçün istifadə olunan tunellərə endirilib. Onun sözlərinə görə, “Hizbullah”ın Livanın cənubundakı bu fəaliyyəti 27 noyabr 2024-cü il tarixli ikitərəfli atəşkəs razılaşmasının pozulmasıdır.

