Dünən saat 21:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Denmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
09:05
Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.
Denmedia.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00-da Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.
1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İ.S. və 2024-cü il təvəllüdlü E.S. zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladlarının vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.
Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

