Şahbuzda avtomobil 40 yaşlı kişini vuraraq öldürüb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Əmrah Gülmalıyevin idarə etdiyi "Niva" markalı avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Samir Əliyevi vurub. S.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

