Oğuz rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
“DenMedia.az”ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Baş Daşağıl kənd sakini 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçmək istəyərkən onu avtomobil vurub.
46 yaşlı S. Abdulhəmidov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.