Sumqayıt şəhərində yaşayış binasında yanğın qeydə alınıb.
DenMedia.az report-a istinadən xəbə verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.
Yanğınla bağlı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və yanğının başvermə səbəbləri dəqiqləşdirilir.

