Rusiyanın Orsk şəhərində təlim təyyarəsi Diamond qəzaya uğrayıb. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hava gəmisi saat 10:40 radələrində radar ekranlarından itib. Qəzaya uğrayan təyyarə Novikov adına Leninqrad Akademiyasına məxsus olub. Hadisə yerinə dərhal xilasedicilər və tibb briqadaları cəlb edilib.
REN TV yazır ki, qəza Canatalap qəsəbəsi yaxınlığında baş verib. Təyyarənin göyərtəsində bir pilot və iki kursant olub. Telekanalın iddiasına görə, onların hamısı həlak olub, lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

