Almaniyanın Münhen şəhərində avtobusun binaya çırpılması ilə nəticələnən ağır yol qəzası baş verib.
Bild yazır ki, hadisə zamanı 18 nəfər xəsarət alıb, 13 yaşlı qız isə həyatını itirib.
İlkin məlumata görə, avtobus naməlum səbəbdən idarəetməni itirib, yoldan çıxaraq binanın fasadına və beton divara çırpılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

