Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası olub..
DenMedia.az xəbər verir ki, hadisə Stalçay ərazisində qeydə alınıb.
Belə ki, öz şəxsi avtomobili ilə hərəkətdə olan 26 yaşlı Cəmil Hacıəliyev qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq beton arakəsməyə çırpılıb.
Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılsada, lakin həkimlərin səylərinə baxmayaraq o dünyasınə dəyişib.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
DenMedia.az