Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, Toyota Prius markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

