Malayziyada piknik zamanı superqəhrəman kostyumunda olan kişi bədbəxt hadisə ilə üzləşib.
Mothership-in məlumatına görə, hadisə Kuala Lumpur şəhərində baş verib.
Hörümçək-adam kostyumu geyinmiş şəxs Bukit Dinding təpəsi ərazisində təxminən 20 metr hündürlükdən sıldırım yamacdan yıxılıb. Hadisə yerinə iki xilasetmə və tibbi briqada cəlb olunub. Xilasedicilər turizm marşrutu ilə təxminən 1 kilometr, daha sonra isə 70 metr çətin relyef üzrə hərəkət edərək yaralıya çatıblar.
Zərərçəkənə yerində ilkin tibbi yardım göstərilib. Yıxılma nəticəsində onun ayağından xəsarət aldığı bildirilib. Kişi xərəkdə kolluq ərazidən çıxarılaraq tibb xidmətinə təhvil verilib və daha sonra Kuala Lumpur xəstəxanasına aparılıb.

