Misirdə İspaniyadan olan turist qadın firon Snofrinin Loman piramidasının içərisinə yıxılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Gulf News məlumat yayıb.
Hadisə zamanı qadın taxta rampada sürüşərək təxminən 80 metr dərinliyə düşüb və ayaq sümüyünü sındırıb.
Xilasedicilər yardım siqnalı aldıqdan dərhal sonra hadisə yerinə gəliblər. Onlar qadını dar keçidlərdən çıxarmaq üçün bir neçə saat çalışıblar.
İlkin tibbi yardım isə turistə birbaşa piramidanın içində göstərilib.