Qvineyanın paytaxtı **Konakri**nin mərkəzində atışma səsləri eşidilir. Bu barədə AFP agentliyi hadisə şahidlərinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, şəhər həbsxanasının ətrafında intensiv atışma gedir və avtomatik silahlardan istifadə olunur.
Guineenews portalı isə bildirir ki, mərkəzi həbsxana hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Məlumata əsasən, hadisə ya həbsxanadan qaçış cəhdi, ya da məhbusları azad etmək məqsədilə kənardan silahlı müdaxilə ilə bağlı ola bilər.
Hazırda baş verənlərlə bağlı rəsmi açıqlama verilməyib.

