Norveç polisinin məlumatına görə, Osloda ticarət mərkəzində silahlı insident baş verib.
Hadisə yerli Storo Storsenter ticarət mərkəzində qeydə alınıb. Silahlı şəxs artıq saxlanılıb.
“Atəş açan şəxs nəzarətimizdədir, mağazalarda yaralananların və hadisədə iştirak edən digər şəxslərin olub-olmadığı araşdırılır”, – deyə polis bildirib.
Hazırda bina tam şəkildə yoxlanılır, mümkün xəsarət alanlar və digər şübhəlilər axtarılır.

