Kürdəmirdə su kanalından 60 yaşlı kişi meyiti tapılıb.
Denmedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü İxtiyar Tarıverdi oğlu Şirəliyevin cansız bədəni su kanalında aşkarlanıb.
Hadisə yerinə FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report

