Zaqatalada 71 yaşlı kişinin meyiti tapılıb.
“DenMedia.az” xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1954-cü il təvəllüdlü Məmmədov İsmayıl Tanrı oğlunun meyiti ailə üzvləri tərəfindən evinin həyətindəki yardımçı tikilidə aşkar olunub.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. Qafqazinfo.az

