Sumqayıt şəhərində yol-nəqliyyat qəzası zamanı vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Denmedia.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Naz Lifan” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Naz Lifan” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1968-ci il təvəllüdlü Bayramov Murad Möhübbət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

