Istanbulun Avropa hissəsində, Küçükçekmece rayonunda bıçaqlı şəxs polis əməkdaşlarına hücum edib.
Bu barədə Cumhuriyet qəzeti məlumat yayıb.
Hadisə yerli vaxtla saat 15:30 radələrində Sultan Murat məhəlləsinin Şeftali küçəsində baş verib. Məlumata görə, insident zamanı dörd polis əməkdaşı yaralanıb.
Hadisəyə müdaxilə etməyə çalışan vətəndaşlarla da qarşıdurma yaşanıb. Nəticədə ümumilikdə altı nəfər xəsarət alıb — dörd polis və iki mülki şəxs. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
İlkin məlumata əsasən, 35 yaşlı C.İ. adlı şəxs, ehtimal ki, narkotik təsiri altında olub. O, əvvəlcə avtomobildən patrul əməkdaşlarını təhqir edib, daha sonra maşından düşərək bıçaqla hücum edib. Şübhəli saxlanılıb.

