Sky News-in məlumatına görə, Britaniya baş naziri Kir Starmer Danimarkadan ölkəsinə qayıdıb. Bu, Mançesterdə sinagoga hücum xəbəri ilə bağlıdır.
Politik bildirib ki, hücum Yom Kipur bayramı günü baş verdiyi üçün hadisə daha dəhşətli görünür.
2 oktyabrda “Hiton Park” sinagogasına naməlum şəxs tərəfindən bıçaqla hücum olunub. Dörd nəfər xəsarət alıb. Görgü şahidi təcili yardım çağıraraq bildirib ki, hücumçu əvvəlcə avtomobillə insanlara çırpılıb, sonra isə birini bıçaqlayıb. İlkin məlumatlara görə, hücumçu da xəsarət alıb.
Polis Middelshton-Roud küçəsi ətrafında yaşayanlara ehtiyatlı olmağı tövsiyə edib və araşdırmalar davam edir.