İtaliyalı gənc velosipedçi Françesko Mazzoleni yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib. Bu barədə Cycling Up To Date portalı məlumat yayıb. İdmançının cəmi 18 yaşı olub.
Hadisə bazar günü günorta saatlarında İtaliyanın şimalında yerləşən Barzana kommunası yaxınlığında baş verib. Gooddshop Yoyogurt komandasının üzvü olan Mazzoleni məşq zamanı avtomobilin altında qalıb.
Aldığı xəsarətlər həyatla uyğun olmayıb və gənc velosipedçi hadisə yerində dünyasını dəyişib.
“Bu gün bizim üçün çox kədərli bazar günüdür. Françesko Mazzoleni çox erkən aramızdan getdi. O, doğma trasında, sevdiyi işlə məşğul olarkən həyatını itirdi”, – deyə Gooddshop Yoyogurt komandası bəyanatında bildirib.

