Bakının Sabunçu rayonunda bir sıra oğurluq hadisələri baş verib. Zabrat kəndindəki bir mağazadan və üç evdən nağd pul, tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S. Mirzəyev saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, o, bir müddət müşahidə aparıb, ev sahiblərinin və ya obyekt sahibinin olmamasına əmin olduqdan sonra oğurluq edib.
Zabrat qəsəbəsində keçirilən digər əməliyyat zamanı isə elektrik kabellərinin oğurlanmasında şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı R. Poladov da saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

