13 
okt
2023
11:52
268

Bakıda evdən 16 minlik oğurluq edilib

13 okt, 2023
11:52
268

Bakıda evdən 16 minlik oğurluq edilib

Bakıda evdən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Bakıxanov qəsəbəsindəki evlərin birindən 12000 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar