Şəkidə evdən gənc oğlanın meyiti tapılıb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 24 yaşlı Asim Əhmədovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Məlumata görə, mərhum bərbər işləyib.
Faktla bağlı araşdırma aparılır.

