Bakıda yeniyetmə qızın meyiti tapılıb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gecə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Binalardan birinin mənzilində 13 yaşlı qızın meyiti tapılıb. Onun hansı səbəblə öldüyü bəlli deyil.
Hazırda rayon prokurorluğu araşdırma aparır.

