Qətər ərazi sularında hərbi helikopterin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, helikopterin göyərtəsində ümumilikdə yeddi nəfər olub və sonuncu şəxsin axtarışı davam edir.
“Axtarış-xilasetmə əməliyyatı nəticəsində helikopterdə olan yeddi nəfərdən altısı aşkar edilib”, – deyə açıqlamada qeyd olunub.
Hadisə martın 22-nə keçən gecə baş verib. Helikopter dənizə düşüb və ilkin məlumata görə, qəza texniki nasazlıq səbəbindən, adi növbətçilik zamanı baş verib.
Həlak olanların şəxsiyyəti və hansı quruma aid olduqları barədə məlumat verilməyib.

