Kürdəmirdə ailə faciəsi yaşanıb.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Qaraqocalı kəndində qeydə alınıb.
Belə ki,yaxınları tək yaşayan kənd sakini 1992-ci il təvəllüdlü Dəmirov Nurlan İmran oğlunun evdən çölə çıxmadığını müşahidə ediblər. Bu zaman evə baxış keçirmək qərarına gəliblər və onun evdə qəfildən öldüyü məlum olub.Hadisə yerinə dərhal hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
AQİL ƏSƏDOV
Denmedia.az

