Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, VAZ-2107 və BYD markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

