Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az Apa-ya istinadən xəbər verir ki, şəhər ərazisində minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

