Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Ə.Ələsgərovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

