Bakıda faciəli hadisə baş verib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsi 164 ünvanında qeydə alınıb.
25 yaşlı Arif Orucov həmin ünvanda yerləşən binanın 19-cu mərtəbəsindən yıxılıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Məlumata görə, ölən gənc həmin ünvana - nənəsinin yanına qonaq gəlibmiş.
Araşdırma aparılır.

