Abşeronda 15 yaşlı yeniyetmə 13-cü mərtəbədən yıxılaraq ölüb.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhər Kristan 1 yaşayış kompleksinin 25-ci binasında yaşanıb.
İlkin məlumata görə, binanın 13-cü mərtəbəsindən yıxılan yeniyetmə 15 yaşlı Quliyev İlqar Teymur oğludur.
Məlumata əsasən, İlqar Quliyev Qobu qəsəbə sakini olub və həmin ünvana hazırlıq dərsinə gəlibmiş.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunub. Ərazi mühafizəyə alınıb, müvafiq araşdırmalar aparılıb. İlkin ekspertiza nəticələrinə əsasən, yeniyetmə aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

