İtaliyanın Neapol şəhərində iki silahlı şəxs banka hücum edərək 10–20 nəfəri girov götürüb.
Hadisə Credit Agricole bankının filiallarından birində baş verib. Məlumata görə, hücum edən şəxslər maskalı olub və hazırda bankın içində bir neçə nəfəri girov saxlayırlar.
İlkin məlumatlara əsasən, girovların sayı 10–20 nəfər arasında dəyişir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub və əməliyyat davam edir.

