ABŞ siyasətçisi Liz Komi ölkənin şimalında yerləşən Minnesota ştatında bir mühərrikli Beechcraft təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub. Bu barədə Daily Star məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində təyyarənin pilotu da həyatını itirib.
“Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırma aparır”, — deyə məlumatda qeyd olunur.

