Nigeriyanın şimalında yerləşən Kano ştatında yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində ən azı 30 nəfər həlak olub, çox sayda insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən Daily Post qəzeti məlumat yayıb. Bildirilir ki, qəzanın ilkin səbəbi ehtiyatsız sürücülük ola bilər.
“…Kano ştatının qubernatoru Abba Kabir Yusuf bu ölümcül qəzadan sağ çıxanlara dərhal tibbi yardım göstərilməsi barədə göstəriş verib”, — deyə məlumatda qeyd olunur.

