Goranboyda avtomobil aşıb, ölən və xəsarət alanlar var.
Denmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

