Goranboyda minik maşını aşıb, xəsarət alanlar var.
Den.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Samir Məmmədov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov və atası 1953-cü il təvəllüdlü Aslan Məmmədov xəsarət alıblar. Yaralılar təcili yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.Modern.az