İranlı Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirilib. Bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, onun səhhəti həbsdə olarkən pisləşib. Qadın iki dəfə huşunu itirib və ona ürək tutması diaqnozu qoyulub.
Jurnalistlərin bildirdiyinə görə, hospitalizasiya qərarı demək olar ki, son anda verilib.

