Bakının Sabunçu rayonunda sexdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.

