Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə DenMedia.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

