Bakıda Nizami rayonunun Keşlə qəsəbəsində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə ilkin məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, yanğın A. Mirzəyev küçəsində yerləşən obyektlərdən birində qeydə alınıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

