Türkiyənin İsparta vilayətində turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb.
Bu barədə Antalya Hakkında portalı məlumat yayıb.
Məlumata görə, turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq yoldan çıxıb və dərəyə aşıb.
İlkin məlumata əsasən, sürücü idarəetməni itirib, bundan sonra nəqliyyat vasitəsi magistral yoldan çıxaraq aşıb.
Hadisə yerinə çox sayda təcili yardım, jandarma və xilasetmə qrupları cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

